AhiskaLi FORUM

Объявление

Последние темы Форума

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » AhiskaLi FORUM » Soz-Sohbet » Ahiskali ushaqlar Gurcustanda hansi dilde oxuyacaqlar?


Ahiskali ushaqlar Gurcustanda hansi dilde oxuyacaqlar?

Сообщений 1 страница 2 из 2

1

Az bir zaman kəsiyindən sonra tarixi ədalətsizliyə son qoyulacaq, Stalin repressiyasına məruz qalmış digər xalqların nümayəndələri kimi, ahıskalılar da vətənə qayıdış şansı əldə edəcəklər ...
repatriasiyadan sonra ahıskalı uşaqların məhz hansı dildə təhsil alacaqlarıdır ?
böyük köç başlamazdan əvvəl indi xırda görünən, lakin olduqca vacib məsələlərin öz həllini tapmasına nail olmaq lazımdır...
Məlum olduğu kimi, ahıska türkləri bu gün bir neçə dövlətin ərazisində, o cümlədən, Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan və b. ölkələrdə məskunlaşıblar. Məktəbyaşlı uşaqlar bu gün yaşadıqları ölkələrdə müvafiq olaraq Azərbaycan, rus, özbək, qazax və s. dillərdə oxuyurlar. Vətənə qayıdış baş tutandan sonra ahıskalı uşaqların ümumtəhsil məktəblərində öz təhsillərini məhz hansı dildə davam etdirməli olacaqları sualı ortaya çıxacaq. Heç şübhəsiz ki, müxtəlif dillərdə oxuyan şagirdlər bundan sonra vahid bir dildə təhsil alacaqlar. Deməli, ahıskalılar seçim qarşısında qalacaqlar və onlar bu seçimlərini elə indidən etməli və Gürcüstanda yaradılmış müvafiq dövlət komissiyasını əvvəlcədən məlumatlandırmalıdırlar . Bəs hansı dildə oxumağı seçməli? Əlbəttə, bu, birbaşa ahıskalıların öz işləridir, onların istəklərinə müdaxilə etmək qeyri-etik olardı. Lakin söhbət bir xalqın taleyi ilə bağlı məsələdən gedirsə, bir türk olaraq bizim bu işə biganə qalmağımız doğru olmazdı. Ahıskalıların adından danışmağa cəsarət etmədən, sadəcə olaraq, öz fikirlərimi söyləmək istəyindəyəm.
Bu gün Gürcüstan Respublikasındakı ümumtəhsil məktəblərində tədris gürcü, Azərbaycan, rus və erməni dillərində aparılır. Təbii ki, rus və erməni dillərini bir kənara qoymaqla ahıskalılar tədrisin Azərbaycan və ya gürcü dilində aparılması ilə bağlı seçim etməli olacaqlar. Tutaq ki, rəsmi Tbilisinin təkidi ilə ahıskalılar gürcü dilində oxumağı qərarlaşdırdılar. Bəribaşdan deyim ki, bu seçim ahıskalıları az bir müddətdən sonra çeşidli problemlərlə üz-üzə qoya bilər. Müxtəlif ölkələrdə ayrı-ayrı dillərdə təhsil alan, gürcü dilini qətiyyən bilməyən şagirdlərin heç bir hazırlıq keçmədən gürcü məktəblərində oxuya biləcəkləri xeyli çətin görünür. Birinci sinfə təzəcə gedənlərin problemlərini birtəhər yoluna qoymaq mümkün olsa da, artıq çoxdan məktəbli olanların təlim-tədris dilini birdən-birə dəyişmələri, şübhəsiz ki, təsirsiz ötüşməyəcək. Bu kateqoriyadan olan uşaqların gürcü danışıq dilini öyrənmələri üçün isə müəyyən vaxt gərəkdir. Məktəblilərin taleyini isə vaxtın ixtiyarına buraxmağın nə demək olduğunu heç xatırlatmağa dəyməz…
Zənnimcə, ahıskalı uşaqların tədrisin Azərbaycan dilində aparıldığı məktəblərdə oxumaları daha məqsədəuyğundur. Bunun üçün bir sıra əsaslar da var. Bu vaxta qədər harada yaşamalarından, hansı dildə təhsil almalarından asılı olmayaraq, ahıskalıların hər biri ana dilində sərbəst danışa bilirlər. Bir türk dili kimi Azərbaycan türkcəsi də ahıskalılar üçün yad deyildir. Üstəlik, bu gün Gürcüstanda tədrisin Azərbaycan dilində aparıldığı 164 məktəb fəaliyyətdədir. Əgər ahıskalılar Azərbaycan dilində oxumağa qərar versələr, pedaqoji kadrların tapılmasında, məktəblərin dərslik, tədris proqramları, metodik və əyani vasitələrlə təminatında elə bir çətinlik olmayacaq. Ən əsası isə, məktəblilər dil baryeri ilə üzləşməyəcəklər. Bu həm də onların bir türk kimi öz tarixi-milli kökləri üzərində tərbiyə olunması işinə xeyli yardımçı olardı. Əlbəttə, son söz ahıskalıların özlərinindir. Amma bütün hallarda düşünməyə dəyər…

источник: газета Каспий, Şahbaz ŞAMIOĞLU

0

2

Ahiska turkleri Gurdzhustanda bir yerde toplanarsa, bu zaman Turkiyenin orada mektebler gurmasi ve muellimlerin getirilmesi daha megsede uygundur.

0


Вы здесь » AhiskaLi FORUM » Soz-Sohbet » Ahiskali ushaqlar Gurcustanda hansi dilde oxuyacaqlar?


Создать форум. Создать магазин